Müller rəqibin başını yardı – Video
13.12.2018 , 14:00
“Bavariya”nın futbolçusu Tomas Müller Çempionlar Liqasının qrup mərhələsinin son turunun “Ayaks”la dünən keçirilən oyununda (3:3) etdiyi qayda pozuntusuyla gündəmə düşüb.
29 yaşlı yarımmüdafiəçi matçın 75-ci dəqiqəsində rəqib komandanın futbolçusu Nikolas Taqliafikonun başına ayaqla zərbə endirib. Alman futbolçu etdiyi hərəkətə görə qırmızı vərəqə alaraq meydandan uzaqlaşdırılıb.
Həmin videogörüntünü təqdim edirik.
