Müller Noyerin rekordunu təzələdi
09.10.2023 , 10:17

Oktyabrın 8-də Bundesliqanın 7-ci turu çərçivəsində keçirilmiş “Bavariya” – “Frayburq” oyunu yeni rekordun qeydə alınması ilə yadda qalıb.
Korner.az xəbər verir ki, münhenlilərin 3:0 hesablı qələbəsi ilə başa çatmış matçda Tomas Müller 322-ci dəfə meydanı qalib kimi tərk edib.
34 yaşlı futbolçu bu göstərici ilə komanda yoldaşı Manuel Noyerin rekordunu təkrarlayıb.
Noyer ötən ilin dekabrından bəri zədəlidir.
