Müller MLS klubuna keçir?
17.04.2025 , 22:16

Mövsümün sonunda “Bavariya”dan ayrılacaq Tomas Müller yeni transfer iddiası ilə gündəmə gəlib.
Korner.az xəbər verir ki, 35 yaşlı futbolçu karyerasını ABŞ-də davam etdirə bilər.
Ulduz oyunçunun xidmətində MLS təmsilçisi “Los Anceles Qalaksi” maraqlıdır.
Klubun artıq Müllerlə ilkin əlaqə saxladığı bildirilib. Lakin futbolçu gələcəyi ilə bağlı son qərarını hələlik verməyib.
