Müller karyerasını bitirdi
15.07.2024 , 15:10

“Bavariya”nın hücumçusu Tomas Müller milli karyerasını başa vurub.
Korner.az xəbər verir ki, bununla bağlı futbolçu Yutub kanalındakı videomüraciətində bildirib:
“Ölkəmi təmsil etməkdən həmişə qürur duymuşam. Hamınıza təşəkkür etmək istəyirəm. İndi mən tribunaların pərəstişkarı olacağam”.
Ulduz futbolçu 2010-cu ildən Almaniya millisində çıxış edirdi. O, millinin heyətində 131 oyun keçirib, 45 qol vurub.
