Dünya Çempionatı

Müller: “Fransa ilə oyuna qələbə üçün çıxacağıq”

04.07.2014 , 11:14

Bundestimin hücumçusu Tomas Müller "DÇ-2014"ün 1/4 finalında qarşılaşacaqları Fransa ilə oyunöncəsi fikirlərini bölüşüb.

 

Korner.azın məlumatına görə, gənc  futbolçu "DÇ-2010"la müqayisədə komandasının indi daha güclü olduğunu bildirib:

 

"Əlcəzairlə görüşdə xeyli səhvlərə yol verdik. Bununla belə, qələbə qazanmağı bacardıq. Məncə, "DÇ-2010"la müqayisədə indiki Almaniya daha güclüdür. Düzdür, müdafiədə müəyyən boşluqlar var. Lakin komanda sonda qələbə hesabını qoruya bilir. Fransa ilə oyuna qələbə üçün çıxacağıq".

Son yazılar

Yuxarı