Müller “Bavariya”da qalmaq istəyir
24.11.2023 , 12:00
Almaniya millisinin futbolçusu Tomas Müller “Bavariya”da qala bilər.
Korner.az-ın məlumatına görə, təcrübəli futbolçu Münhen klubunun ona təklif edəcəyi müqaviləni bir şərtlə imzalayacaq. Belə ki, Müller maaşının indiki səviyyədə qalacağı təqdirdə, Bundesliqa nəhəngi ilə nigah təzələyəcək.
34 yaşlı hücumçu karyerası ərzində “Bavariya”da çıxış edib.