Münhen “Bavariya”sının hücumçusu Tomas Müller Almaniyanın “Bild” nəşrinə açıqlamasında “Barselona” haqda fikirlərini bildirib.
Korner.az-ın məlumatına görə, forvard İspaniya təmsilçisinin tərifəlayiq klub olduğunu, lakin “Bavariya”nın ondan heç də geri qalmadığını deyib.
“Hər ötən həftə “Barsa”nın nə qədər yaxşı komanda olduğunu görürük. Ancaq bizim oyunlarımızı izləyənlər də təsdiqləyər ki, katalonlardan geri qalmırıq. “Bavariya” Bundesliqanın lideridir, ölkə kubokunun finalının bir addımlığındadır, Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda “Yuventus”la sərfəli nəticə əldə edib (2:2). Elə isə başa düşmürəm, “Barselona” bizi nədə üstələyir ki?”, – deyə Tomas bildirib.
