Müller ən yaxşı oyunçu seçildi
14.09.2018 , 10:46

“Bavariya”da avqust ayının ən yaxşı futbolçusu müəyyənləşib.
Klubun rəsmi saytında azarkeşlər arasında keçirilən səsvermənin yekun nəticəsinə əsasən, Tomas Müller ötən ayın ən yaxşı oyunçusu seçilib. O, 30 faiz səs toplayıb.
Qeyd edək ki, 29 yaşlı hücumçu avqustda 4 matçda 2 qol vurub, 3 qolun ötürməsini verib.
