Müllerə iki oyunluq cəza
11.01.2019 , 17:02

Çempionlar Liqasının qrup mərhələsinin son turunun “Ayaks”la səfər qarşılaşmasında (3:3) kobud oyunu ilə yadda qalan “Bavariya”nın futbolçusu Tomas Müllerin cəzası açıqlanıb.
UEFA rəqib futbolçunun başına təpik vurduğu üçün meydandan qovulan almaniyalı hücumçunu iki oyunluq cəzalandırıb. Müller 1/8 final mərhələsində “Liverpul”la keçiriləcək oyunları buraxacaq.
Qeyd edək ki, komandalar arasında ilk oyun fevralın 19-u İngiltərədə, cavab matçı isə martın 13-də Almaniyada keçiriləcək.
