Müharibəyə görə daha bir yarış təxirə salındı
03.03.2022 , 14:29

Beynəlxalq Şahmat Federasiyası (FİDE) komandalararası dünya çempionatını təxirə salıb.
Korner.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.
Rusiya və Ukrayna arasında davam edən müharibə səbəbindən İsrailin ev sahibliyi edəcəyi turnir bu ilin aprelində yox, noyabrda keçiriləcək.
FİDE hər iki ölkəni hərbi əməliyyatları dərhal dayandırmağa çağırıb.
