"Rəvan"dan ayrılan Anxel Qutyerrez özünə yeni iş yeri tapıb.
Korner.az-ın məlumatına görə, Azərbaycandakı karyerasına "Standard"la başlayan 31 yaşlı hücumçu qarşıdakı mövsümdən Panamada oynayacaq.
"Muğan" və "İnter"in uruqvaylı sabiq futbolçusu Panamının "Rio Abaxo" klubunda top qovacaq. Ölkəmizdə 4 ilə yaxın futbol oynamış təcrübəli futbolçu ötən mövsüm gözlənilmədən "Rəvan"dan uzaqlaşdırılmışdı.
