Premyer Liqanın V turu çərçivərinsə keçirilmiş “Kəpəz”-"Qəbələ" qarşılaşmasından sonra baş məşqçilərin fikirləri belə olub:
Mahmud Qurbanov, “Kəpəz” klubunun baş məşqçisi: "Qəbələ” Azərbaycanın ən güclü komandalarındadır. Futbolçularım gözəl oynadılar. İlk hissədə qol vura bildik. Bu da bizim üçün böyük ruh yüksəkliyi yaratdı. Bizim üçün çətin oyun olsa da, uşaqlar bacardıqlarını etdilər və qələbə qazandıq. Qələbə münasibətilə “Kəpəz” klubunun rəhbərliyini və azarkeşləri təbrik edirəm. “Qəbələ”yə gələcək oyunlarda uğurlar arzulayıram”.
Fatih Kavlak, “Qəbələ” klubunun baş məşqçisi: “Kəpəz”i qələbə münasibətilə təbrik edirəm. İstədiyimiz qolu vura bilmədik. Buna görə də müdafiəni düzgün qura bilmədik. Buraxdığımız səhv nəticəsində qapımızda qol gördük. İlk hissədə qapımızdan qol buraxdıq, ikinci hissədə bunun əvəzini çıxmağa çalışsaq da, bacarmadıq. Nəticədə məğlub olduq”.
