Futbol

“Müdafiədə etdiyimiz səhvlərdən qol buraxdıq” – Samir Abasov

23.09.2019 , 21:58

Azərbaycan Premyer Liqasında V turun “Zirə” – “Qarabağ” (1:3) matçından sonra təşkil edilən mətbuat konfransında qəsəbə klubunun baş məşqçisi Samir Abasov jurnalistlərin suallarını cavablandırıb.

Korner.az xəbər verir ki, baş məşqçi əvvəlcə görüş barədə fikirlərini bildirib.

– Bir neçə tur idi ki, uduzmurduq. Yaxşı əhval-ruhiyyə ilə meydana çıxmışdıq. Bu gün sırf 3 xalı düşünürdük. Məqsədimiz qələbə qazanmaq idi. Müdafiədə etdiyimiz səhvlərdən qol buraxdıq. Ancaq bəzi anlar da var idi ki, bizi razı salır. Çox qaçdıq. İmkanlarımız da oldu.
İkinci hissədə “Zirə” qələbə qazandı… İlk qol epizodunda bizim müdafiəçimiz əzələsini dartdı. Heç vaxt əks-hücum oynamayan “Qarabağ” bu gün əks-hücumlardan qol vurdu. Etdiyimiz səhvlərin üzərində ciddi dayanacağıq.

– Komandada vəziyyət nə yerdədi? Ehtiyat oyunçularınız çox azdı…
– 4 zədəli ilə gəldik bura. Bizdən əvvəl 2 gün bəzi oyunçular əvəzedicidə oynamışdı. Əlimizdə limitə uyğun 2 futbolçu var. Rafaelə nəsə olsaydı, 1 oyunçu qalırdı. Bəzi məqamlar var ki, əl-qolumuzu bağlayır.

– Mövsümün əvvəlində komanda formalaşdırarkən bu halları nəzərə almamışdız?
– 40 futbolçu götürməli deyilsən ki, birdən 10-nu zədələnər. İmkanımız çatanı etdik.

– Reallıq nəyi göstərir? Bu “Zirə” bu gün “Qarabağ”ı uda bilərdimi?
– Bugünkü durumdan istifadə edib, uda bilərdik. İkinci hissədə rəqib müdafiəyə oturdu, top itkiləri olurdu. Sıx qrafiklə oynayırlar. Amma bundan yararlana bilmədik.

– Soni Norde nə üçün ehtiyatda idi?
– Bunu əvvəldən düşünürdük. Elvin daha çox müdafiəyəmeyillidi, ona görə Norde ehtiyatda qaldı. İkinci hissə Nordeni meydana salıb, hücumu gücləndirməyi düşünürdük.

– Cavid Hüseynovu komandaya götürdüyünüz üçün peşmansız, yoxsa kapitanlıq sarğısını verdiyiniz üçün?
– Cavid bura gəldikdən sonra milliyə də dəvət alıb. Yaxşı oynayıb ki, yığmaya dəvət alıb.

Son yazılar

Yuxarı