Azərbaycanlı iş adamı Mübariz Mənsimov "Kasımpaşa" klubuna bir zamanlar "Beşiktaş"da da oynamış Bobonu gətirir. Korner.az "sporx.com"-a istinadən xəbər verir ki, "Kasımpaşa"nın İdarə Heyətində yer alan Mənsimovun yeni futbolçuların alınmasına maliyyə vasaiti ayıracağı bildirilir.
Mənsimovun hədəflərindən biri hazırda "Mersin İdman Yurdu"nda çıxış edən Bobonu "Kasımpaşa"ya gətirməkdir.
"Kasımpaşa"nın Boboya 1 milyon avro verməyə hazır olduğu bildirilib.
