“Xəzər Lənkəran”ın sahibi, Türkiyədə yaşayan iş adamı Mübariz Mənsimov “Beşiktaş” klubundakı üzvlüyü dondurulub.
Korner.az-ın “Sabah” qəzetinə istinadən verdiyi məlumata görə, buna M.Mənsimovun “Beşiktaş”ın idarə heyətinin üzvü olduğu halda “Kasımpaşa” klubunun idarə heyətinə keçməsi və “qara-qartal”larla bağlı səsləndirdiyi bəzi mənfi fikirlər səbəb olub.
“Xəzər Lənkəran”ın sahibi ilə yanaşı, İhsan Kalkavan, Turqay Ciner, Zafer Yıldırım üzvlüyü dondurulub.
Bununla bağlı qərarı “Beşiktaş” rəhbərliyinin dünən verdiyi bildirilib.
