"Xəzər Lənkəran"ın Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində səfərdə Poşanın "Lex" klubu ilə cavab oyununu klubun fəxri prezidenti Mübariz Mənsimov da izləyəcək. Korner.az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, "Lex" ilə baş tutan ilk oyunu Lənkərandan canlı izləməyən M.Mənsimov oyun günü Poznana, "Xəzər Lənkəran"ın çətin səfər oyununda dəstəkləməyə gedəcək.
Xatırladaq ki, Avroliqann birinci təsnifat mərhələsi çərçivəsində "Xəzər Lənkəran"ın "Nomme Kalyu" ilə ilk oyununu (2:2) stadiondan izləməyən başkan cavab oyununa Tallinə yollanaraq komandasını yalnız qoymamışdı (2:0)
