"Çox istərdim ki, kubokun finalında güclü olan qalib gəlsin. Düşünmürəm ki, kubokunu qazana bilməyən komandaya məğlubiyyət çox pis təsir edəcək. Əgər Mübariz Mənsimov “Xəzər Lənkəran”a sponsorluq etmək istəməsəydi, Con Toşakı komandaya dəvət etməzdi”.
Korner.az-ın məlumatına görə, bu sözləri PFL-in prezidenti Ramin Musayev deyib.
Qurum başçısı Superkubok matçının dəqiq vaxtının hələ müəyyənləşmədiyini bildirib. O, buna avrokubokların püşkündən sonra aydınlıq gələcəyini bildirib.