“Neftçi” – “Xəzər Lənkəran” matçını ikincilərin prezidenti Mübariz Mənsimovun da izləyəcəyini öncədən xəbər vermişdik.
Korner.az-ın məlumatına görə, “ağ-yaşıllar”ın fəxri prezidenti artıq Bakıdadı.
M.Mənsimovdan başqa, “Qəbələ” ilə müqavilə şərtlərini sonuncu dəfə müzakirə etmək üçün ikinci dəfə Bakıya gələn Yuri Syomin “Neftçi” ilə “Xəzər Lənkəran” arasında keçiriləcək “Böyük oyun” zamanı mərkəzi arenada olacaq.