Bu gün Avropa Liqasının I təsnifat mərhələsi çərşçivəsində “Xəzər Lənkəran”ın “Slima” ilə səfər oyununu klubun fəxri prezidenti Mübariz Mənsimov da izləyəcək.
Korner.az-ın əıdə etdiyi məlumata görə, “ağ-yaşıllar”ın fəxri prezidenti artıq sözügedən oyun üçün Maltaya gedib.
Əldə etdiyimiz digər bir məlumata görə, Cənub klubu Maltada klubun başqanının gözü önündə qazanılacaq qələbəyə görə yaxşı pul mükafatına sahib çıxacaq. Mükafatın məbləği futbolçulara açıqlanmayıb.
Qeyd edək ki, “Sliema” – “Xəzər Lənkəran” görüşü bu gün keçiriləcək və Bakı vaxtı ilə saat 20:45-də start götürəcək.
