“Hazırda 45 yaşındayam. Bügünə qədər şanslı bir həyat yaşadım, yaşamağa da davam edirəm. Əlbəttə, bu günlərə mən təkbaşına gəlməmişəm, komandamla birgə gəlmişəm. Azərbayan da daxil olmaqla, heç bir dövlətlə, ölkə başçıları bir yana, dövlət məmurları ilə belə şərikli bir iş görməmişəm.Onların arasında yaxınlarım, dostlarım ola bilər, amma şəriklərim olmayıb, olmayacaq da” .
Korner.az-ın məlumatına görə, bu sözləri "Xəzər Lənkəran"ın fəıxri prezidenti, iş adamı Mübariz Mənsimov deyib.
"Ağ-yaşıllar"ın sahibinin iş fəaliyyətindən bəhs edən müsahibəsində daha sonra Mənsimov bunları deyib:
“Əslində bu fikirlər yanlışdır. Mənim maşın xəstəliyim yoxdur. Beş ildə cəmi bir avtomobil dəyişdirirəm. Hazırda “Range Rover” istifadə edirəm. Sürücüm belə yoxdur. Maşını özüm sürürəm.Bəli, geniş bir qarajım var. Amma kolleksiyam çox deyil. Antik maşınları sevirəm. İmkanım varsa, istədiyim hər şeyi ala bilərəm. Düzü saymamısam, amma harda evim varsa, orda avtomobilim var. Özümün 10-11 avtomobilim, 5 yaxtam var. Türkiyədəki yeganə “Bugatti” mənim yox, qardaşımındır. Qardaşım mənə çox oxşayır deyə, elə bilirlər, maşında mənimdir .Onun maşınlara marağı var. Maarrif Mənsimov şirkətimizin idarə heyətinin üzvüdür. Cavan oğlandır, belə şeylərə marağı çoxdur”.