Mübariz Mənsimov saxlanıldı
15.03.2020 , 16:52

Fəaliyyətini dayandıran “Xəzər Lənkəran” klubunun sahibi Mübariz Mənsimov bu gün saxlanılıb.
Korner.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
“Palmali Şirkətlər Qrupu”nun prezidentinin FÖTE işi çərçivəsindən saxlanıldığı qeyd olunur.
O da bildirilir ki, İstanbul prokurorluğu bu gün onun ofisində axtarış aparıb.
