"Böyük Final"da məğlub olan "Xəzər Lənkəran" futbolçularına ən böyük dəstək klubun fəxri prezidenti Mübariz Mənsimovdan gəlib.
Korner.az-ın xəbərinə görə, prinsipial qarşılaşmada "Neftçi"yə penaltilərdə yenilən "ağ-yaşıllar"ın fəxri prezidenti Mübariz Mənsimov klubun paltardəyişmə otağına gələrək gözəl oyuna görə futbolçuları təbrik edib.
Bunun ardından Mübariz Mənsimov futbolçularına "Mən onlara göstərəcəm lotuluq necə olur" – deyərək futbolçulara gözəl oyuna görə təşəkkür edərək, onlarla görüşüb.