Mayın 28-də Tofiq Bəhrəmov adına Respublika stadionunda Azərbaycan kubokunun final mərhələsi çərçivəsində keçiriləcək "Neftçi" – "Xəzər Lənkəran" qarşılaşmasını Cənub təmsilçisinin fəxri prezidenti Mübariz Mənsimov da izləyəcək.
"Ağ-yaşıllar"ın rəsmisi "Neftçi" ilə final matçına kimi zədəli Skarduellinin sağalıb-sağalmayacağının hələ tam bəlli olmadığını bildirib:
"Final oyununa təşkilatçılıq baxımından işlər bir neçə günə başlayacaq. Bizim planlarımızda var ki, azarkeşlərə avtobus ayrılsın. Bundan əlavə heyətimizdə Skarduelli, Skarlatake, Elnur Abdullayev, Elnur Abdullazadə və bir neçə futbolçu zədəlidi. İnanın ki, Toşak qarşıdakı "Sumqayıt"la oyuna ilk "onbirliy"i qura bilmir. Skarlatake isə keçən oyun iynə gücünə meydana çıxmışdı.
Səxavət QURBANOV