“Müasir futbolda artıq zəif rəqib yoxdur” – Yuri Maksimov
21.06.2018 , 12:14

“Müasir futbolda artıq zəif rəqib yoxdur”.
Bu sözləri “Keşlə”nin baş məşqçisi Yuri Maksimov söyləyib. Ukraynalı mütəxəssis Avropa Liqasının I təsnifat mərhələsində qarşılaşacaqları “Baltsan” klubundan danışıb: “Rəqibimiz Avropa Liqasına yüksəlibsə, deməli, güclü komanaddır. “Baltsan”ı analiz etməliyik və oyuna ciddi hazırlaşmalıyıq. Bizi çətin və maraqlı duellər gözləyir”.
İlk oyun iyulun 12-də Maltada keçiriləcək.
