“Qarabağ”ın futbolçusu Muarrem Muarrem Türkiyə mətbuatına müsahibəverib.
Korner.az həmin müsahibəni sizə təqdim edir:
-Özün haqqında qısaca məlumat ver…
-Mən Muarrem Muarrem. “Qarabağ”da və oynadığım bütün klublarda mənə “Muki” deyə müraciət edirlər. Hazırda “Qarabağ”da oynayıram və bunun üçün çox xoşbəxtəm.
-Necə oldu ki, futbola başladın?
-Adi bir gün idi. Yenə dərsdən qaçıb dostlarımla futbol oynamağa getmişdim. Sonra atam da mənim bu marağımı nəzərə alıb məni “Rabotniçki” klubunun futbol akademiyasına yazdırdı.
-“Qarabağ” və Azərbaycan futbolu haqqında nə deyə bilərsən…
-“Qarabağ” gün keçdikcə daha da güclənir. Bu il inşallah çempion olacağıq. Aəzri futbolçular çox istedadlıdılar. Lakin tənbəldilər. Avropada oynamaq üçün daha çox çalışmalıdılar ancaq özlərini əziyyətə vermək istəmirlər.
-Bu il səninlə maraqlanan klublar olub?
-“Bucaspor”, “Antalyaspor”, AZAL
-Bəs sən Türkiydə hansı komandada oynamaq istərdin?
-“Qalatasaray”
-Son olaraq nə deyə bilərsən?
-Bu il çempion olmaq və ÇL-də qruplara qalmağımızı istəyirəm. Və təbii ki çox istərəm ki, Azərbaycandada Türkiyədə olduğu kimi azarkeşlər futbola maraq göstərsin.
