“Qarabağ”ın sabiq futbolçusu Muarem Muarem keçmiş komandasına Çempionlar Liqasında uğurlar arzulayıb.
Korner.az-ın məlumatına görə, makedoniyalı futbolçu bu barədə “facebook” sosial şəbəkəsindəki səhifəsində yazıb.
Yazıda deyilir: “Qarabağ”a bugünkü Çempionlar Liqası matçında uğurlar arzu edirəm. Qəlbim onlarladır. Uğurlar “Qarabağ”!”.
Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Rudar” oyunu saat 21:30-da başlayacaq.
