"Qarabağ"ın futbolçusu Muarem Muarem AVRO-2016-nın seçmə mərhələsində ilk oyununa çıxıb.
Korner.az-ın məlumatına görə, yarımmüdafiəçi Makedoniya yığmasıının Lüksemburqla qarşılaşmasında meydana çıxıb.
Makedoniya millisinin 3:2 hesabı ilə qalib gəldiyi qarşılaşmaya start heyətində çıxan Muarem, 60-cı dəqiqədə Yahoviçlə əvəzlənib.
Qeyd edək ki, bu qələbə Makedoniyanın seçmə mərhələdə ilk qələbəsi idi. Buna qədər isə səfərdə İspaniya ilə qarşılaşan Makedoniya millisi (1:5) məğlub olmuşdu.
