Türkiyənin Qızılcahamam bölgəsində təlim-məşq toplanışını davam etdirən "Qarabağ" gündə iki dəfə olmaqla hazırlıqları davam etdirir. Korner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komandada zədəli futbolçuların olmaması məşqçi heyətini sevindirir.
Yalnız Muarem Muarem çalışmanı erkən tərk etməli olub. "Zob Ahan"la yoxlama görüşündə bel nahiyəsinə zərbə alaraq meydanı tərk etməyə məcbur olan futbolçunun həmin yerdən ağrı duyması məşqini yarımçıq saxlamasına səbəb olub. Futbolçunun zədəsinin ciddi olub-olmaması tibbi müayinədən sonra bilinəcək.