Muarem Muarem “Başkimi”dəki postundan ayrıldı
30.10.2025 , 13:00
Şimali Makedoniyanın “Başkimi” klubunun baş məşqçisi Muarem Muarem vəzifəsindən istefa verib.
Korner.az xəbər verir ki, 37 yaşlı mütəxəssis bu barədə sosial şəbəkə hesabında məlumat paylaşıb.
O, Premyer Liqanın 11-ci turunda “FK Makedoniya Gjorce Petrov”la (1:1) oyundan sonra köməkçiləri ilə birlikdə komandadan ayrıldığını açıqlayıb.
“Başkimi” bu mövsüm 11 oyundan sonra 19 xalla 21 komanda arasında 5-ci yerdədir. Muarem Muarem komandaya 2025-ci ilin iyun ayında baş məşqçi kimi gəlmişdi.
Xatırladaq ki, Muarem Muarem karyerası ərzində “Qarabağ”ın tanınmış futbolçularından olub və Ağdam klubunda 2012–2015 və 2016–2017-ci illərdə çıxış edib.