“Müəyyən dəyişikliklər olacaq” – Elgiz Abbasov
05.08.2019 , 18:34

Azərbaycan Premyer Liqasında 2019/2020 mövsümündə bir sıra dəyişikliklər olacaq.
Korner.az-ın məlumatına görə, bu barədə qurumun Texniki İdman Şöbəsinin rəisi Elgiz Abbasov jurnalistlərə acıqlamasında deyib:
“Bu bir ay ərzində klublarla əməkdaşlığı gücləndiririk. Müəyyən dəyişikliklər olacaq. Yeni sistem yaş limitinin pozulmasına icazə verməyəcək. Eyni zamanda əvəzetmələr zamanı da səhvlər olmayacaq. Bu sistəmə aid təkliflər olarsa, bunun ūzərində çalışacağıq. Bundan başqa, cəriməsi olan futbolçular oyuna daxil ola bilməyəcəklər. Legionerlərə görə, klubun borcu ödənilməlidir. Oyunların vaxtı ilə əlaqədar dəyişikliklərlə bağlı daha tez məlumat verilməlidir. Bundan başqa, oyunöncəsi məşqin vaxtı hər iki klub arasında razılaşdırılmalıdır və PFL-ə məlumat verilməlidir”.
