Moyze Kin İtaliyada yeni klub axtarışındadır
23.02.2026 , 13:30
“Fiorentina”nın forvardı Moyze Kin İtaliyada klubunu dəyişə bilər.
Korner.az xarici KİV-ə istinadən xəbər verir ki, “Milan” və “Roma” gənc hücumçunun transferini reallaşdırmaq istəyir.
Kinin sözləşməsində 62 milyon avroluq sərbəst buraxılma maddəsi olsa da, ölkə klublarının bu məbləği ödəməsi real görünmür. “Milan” onun keçidi üçün 30-35 milyon avro arası xərcləməyə hazırdır.
Qeyd edək ki, 25 yaşlı futbolçu bu mövsüm bütün yarışlarda 27 matçda iştirak edib, 8 qol vurub və 3 məhsuldar ötürmə edib.