Moyze Kin İngiltərə yolunda
10.04.2025 , 13:55

“Fiorentina”nın hücumçusu Moyze Kin karyerasını İngiltərədə davam etdirə bilər.
Korner.az xəbər verir ki, futbolçunun xidmətində “Nyukasl” maraqlıdır.
Premyer Liqa təmsilçisi Kin üçün ilkin danışıqlara başlayıb.
25 yaşlı forvardın A Seriyası təmsilçisi ilə müqaviləsində 52 milyon avroluq sərbəstqalma maddəsi yer alıb.
O, bu mövsüm 36 matçda çıxış edib, 22 qol vurub, 3 məhsuldar ötürmə ilə yadda qalıb.
