“Mançester Yunayted”in keçmiş baş məşqçisi Devid Moyes karyerasını İspaniyada davam etdirə bilər.
Korner.az-ın məlumatına görə, şotland mütəxəssis “Real Sosyedad”da Xaqob Arrasateni əvəz edə biləcəklərin siyahısında yer alır.
9 turdan sonra basklar primeroda 17-ci yerdə qərarlaşıblar.
Xatırladaq ki, bir müddət əvvəl Moyesin İnteri çalışdıracağı söylənilirdi.
