Mövsümün sonunda komandasına qayıdacaq
09.05.2023 , 23:04
Ara transfer dövründə “Verona”dan “Sampdoriya”ya icarəyə verilən Koray Günterin İtaliya komandasındakı gələcəyinə aydınlıq gəlib.
Korner.az xəbər verir ki, müdafiəçi yay ayından öz klubuna qayıdacaq.
Korayın “Verona” ilə müqaviləsi 2025-ci ilə qədər davam edir.
28 yaşlı müdafiəçi bu mövsüm A seriyasında 21 oyunda meydana çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.