Mövsümün sonunda klubunu dəyişir
17.02.2025 , 16:00

“Bayer”in yarımmüdafiəçisi Florian Virts cari mövsümün sonunda klubunu dəyişə bilər.
Korner.az xəbər verir ki, futbolçunun yayda “Bavariya”ya kecəyi gözlənilir.
Bundesliqa nəhəngi almaniyalı oyunçunun xidmətində maraqlıdır.
Münhen klubu 21 yaşlı futbolçu üçün 140 milyon avro dəyərində təklif göndərməyə hazırlaşır.
Virts bu mövsüm 35 oyun keçirib, 15 qol vurub və 11 məhsuldar ötürməyə imza atıb.
