Mövsümün sonunda “Fənərbağça”dan ayrılacaq?
10.04.2025 , 21:20

Mövsüm sonunda “Fənərbağça”dan ayrılmağı gözlənilən Edin Ceko İtaliyaya qayıdacaq.
Korner.az xəbər verir ki, İstanbul klubu ilə müqaviləsi başa çatacaq hücumçunun xidmətində “Fiorentina” maraqlıdır.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Xəbərdə, A Seriyası təmsilçisinin yayda bosniyalı oyunçu üçün təklif göndərəcəyi bildirilib.
39 yaşlı forvard 2023-cü ildən “Fəbərbağça”da çıxış edir.
