Mövsümün sonunda “Çelsi”dən ayrıla bilər
05.05.2025 , 12:51

Kristofer Nkunku mövsümün sonunda “Çelsi”dən ayrılmağa yaxındır.
Korner.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
Xəbərdə, 27 yaşlı hücumçunun London nəhəngində çıxış etmək istəmədiyi bildirilib.
Futbolçunun klubu ilə hazırkı müqaviləsinin müddəti 2029-cu ilə qədərdir.
Xatırladaq ki, o, 2023-cü ildən “Çelsi”də forma geyinir.
