Mövsümün sonunda “Beşiktaş”dan ayrılacaq
04.04.2025 , 15:00

“Beşiktaş” mövsümün sonunda Artur Masuaku ilə yollarını ayıracaq.
Korner.az xəbər verir ki, Super Liqa klubu futbolçunun bitəcək müqaviləsini yeniləmək fikrində deyil.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Xəbərdə bildirilib ki, klub rəhbərliyi yeni mövsüm üçün əcnəbi sol cinah müdafiəçisi transfer edəcək.
Bu mövsüm “Beşiktaş”ın heyətində 39 matç keçirən futbolçu 1 qol vurub, 8 məhsuldar ötürmə ilə yadda qalıb.
