Mövsümün sonunda “Atletiko”dan ayrılır
20.05.2025 , 12:45

Antuan Qrizmann “Atletiko”dan ayrılacaq.
Korner.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.
Fransalı futbolçu Madrid klubunda qalmaq istəmir.
Hazırda 34 yaşlı oyunçu “Los-Anceles”lə maraqlanır. Onun klubu ilə müqaviləsinin müddəti 2026-cı ilin yayına kimidir.
