Mövsümün sonu “Tottenhem”i tərk edir
09.04.2025 , 17:30

“Tottenhem”in yarımmüdafiəçisi Deyan Kuluşevski klubundan ayrıla bilər.
Korner.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
Xəbərdə bildirilir ki, isveçli futbolçu mövsümün sonunda London nəhəngini tərk etməyə yaxındır.
25 yaşlı oyunçu 2023-cü ildən Premyer Liqa klubunda çıxış edir. Onun “Tottenhem”lə müqaviləsinin müddəti 2028-ci ilə qədər qüvvədədir.
