Mövsümün sonu “Fənərbağça”dan ayrıla bilər
11.05.2023 , 12:15

“Fənərbağça”nın futbolçusu Joao Pedronun mövsümün sonunda komandadan ayrılacağı gözlənilir.
Korner.az xəbər verir ki, o, karyerasını yenidən İtaliyada davam etdirə bilər.
31 yaşlı futbolçu ilə “Bolonya” və “Udineze” klublarının maraqlandığı deyilir.
O, indiyədək “Fənərbağça”da 26 oyuna çıxıb və cəmi 5 dəfə torları silkələyə bilib.
