Mövsümün sonu “Çelsi”dən gedir
16.05.2023 , 11:23
“Çelsi”də çıxış edən mərakeşli ulduz Hakim Ziyeç komandadan ayrıla bilər.
Korner.az xəbər verir ki, buna futbolçunun komandada keçirdiyi vaxtdan razı qalmaması səbəb olub.
Fransa mətbuatında yer alan xəbərə görə, Ziyeçlə “Fənərbağça” ilə “Beşiktaş”ın maraqlandığı və hər iki klubun növbəti yay transfer dövründə futbolçunu heyətinə qatmaq istədiyi bildirilir.
30 yaşlı Hakim Ziyeç bu mövsüm “Çelsi”nin heyətində 23 rəsmi oyunda 2 məhsuldar ötürmə edib.