Mövsümün son turu rəqəmlərin gözü ilə
07.05.2019 , 20:58

Mayın 11-də Topaz Premyer Liqasında 2018/19 mövsümünə yekun vurulacaq.
Sonuncu – XXVIII turun qarşılaşmaları eyni gündə keçiriləcək. Peşəkar Futbol Liqasının rəsmi saytı üz-üzə gələcək cütlərin ölkə çempionatları tarixindəki oyunlarının balansını təqdim edir.
Topaz Premyer Liqası
XXVIII tur
11 may (şənbə)
109. “Sabah” – “Zirə” – 3 oyun, +3=0-0, top fərqi 6-1
İndiyəqədərki qarşılaşmaların hamısında “Sabah” qalib gəlib. Premyer Liqanın debütüntı hər oyunda iki qol vurub.
110. “Səbail” – “Keşlə” – 7 oyun, +4=1-2, top fərqi 9-5
Son üç oyunda “Səbail” qələbə qazanıb. Cari mövsümün bu üç oyununun hərəsində üç qol vurulub.
111. “Neftçi” – “Qarabağ” – 75 oyun, +20=28-27, top fərqi 69-79
“Qarabağ” son 5 oyunda qələbə qazana bilməyib. Son üç matçda hər iki komanda qol vurub.
112. “Sumqayıt” – “Qəbələ” – 27 oyun, +2=8-17, top fərqi 20-47
“Qəbələ” əvvəlki matçların hamısında qol vurub. “Sumqayıt” son 7 oyunda qələbə qazanmayıb.
