AFFA İntizam Komitəsi Azərbaycan kubokunun finalında keçirilən “Qarabağ” – “Neftçi” oyununa hüquqi qiymət verib.
Korner.az-ın məlumatına görə, oyunun 120-ci dəqiqəsində “Qarabağ” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 1000 manat cərimə olunub.
Oyunun 120-ci dəqiqəsində “Neftçi” klubunun futbolçusu Erik Ramos kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klub 2000 manat cərimə olunub. Oyunun 120+1-ci dəqiqəsində “Qarabağ” klubunun futbolçusu Reynaldo Silva kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klub 2000 manat cərimə olunub.
