Mövsümün rekordu
02.12.2024 , 12:00
Misli Premyer Liqasında tamaşaçı sayında mövsümün yeni rekordu qeydə alınıb.
Korner.az xəbər verir ki, bu, 15-ci turun “Neftçi” – “Qarabağ” matçına təsadüf edib. “Neftçi Arena”dakı qarşılaşmanı 7069 azarkeş izləyib.
Azərbaycan derbisindəki tamaşaçı sayı mövsümün arxada qalan 15 turu üçün ən yüksək göstəricidir. Bunadək rekord IX turun “Sumqayıt” – “Qarabağ” matçına (0:1) məxsus idi. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundakı görüşdə 7000 tamaşaçı qeydə alınıb.
“Neftçi” – “Qarabağ” oyununda qonaq komanda 3:0 hesabı ilə qalib gəlib.