Mövsümün rekordu
21.10.2023 , 15:12

Azərbaycan Premyer Liqasında mövsümün rekordu qeydə alınıb.
Korner.az xəbər verir ki, bu, II dövrənin Tovuzda keçirilən açılış matçında gerçəkləşib.
X turun “Turan Tovuz”la “Qarabağ” arasında oyununu 6000 tamaşaçı izləyib. Bu, 2023/24 mövsümünün yeni rekordudur.
Əvvəlki ən yüksək göstərici IX turun “Neftçi” – “Qarabağ” qarşılaşmasına (0:2) məxsus idi. Azərbaycan derbisində 5400 izləyici olub.
“Turan Tovuz” – “Qarabağ” görüşü 2:2 hesabı ilə başa çatıb.
