Mövsümün rəmzi komandası
02.06.2025 , 11:55

Çempionlar Liqasında 2024/25 mövsümünün rəmzi komandası məlum olub.
Korner.az xəbər verir ki, simvolik “11-lik”də PSJ-nin 7 futbolçusunun adı yer alıb:
Qapıçı: Canluici Donarumma (PSJ).
Müdafiəçilər: Nuno Mendeş (PSJ), Alessandro Bastoni (“İnter”), Markinyos (PSJ), Aşraf Hakimi (PSJ).
Yarımmüdafiəçilər: Rafinya (“Barselona”), Deklan Rays (Arsenal), Vitinya (PSJ), Lamin Yamal (“Barselona”).
Hücumçular: Usman Dembele (PSJ), Dezir Due (PSJ).
