Bu gün Topaz Premyer Liqasında 2014/15 mövsümünün ilk turuna start verilib.
Korner.az-ın məlumatına görə, turun qarşılaşmaları iki gün ərzində keçirilib
Turun ilk matçında “Bakı” “Simurq”u qəbul etməli idi. Amma sənədləşmə işlərində problem yarandığı üçün paytaxt təmsilçisinin zaqatalalılarla görüşü təxirə salınıb.
Bu səbəbdən gün ərzində yalnız AZAL – “Xəzər Lənkəran” qarşılaşması keçirilib Mövsümlərarası fasilədə transfer bazarında ən fəallardan olan iki klub startda qələbə qazanmağa çalışıb
Qeyd edək ki, turun digər 3 oyunu sabah keçiriləcək.
Topaz Premyer Liqası, I tur
9 avqust (şənbə)
AZAL – “Xəzər Lənkəran” – 1:1
QOL: Rauf Əliyev 35, Konstantinov 74
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Mehman Mahmudov, Teymur Fərhadov
Əlavə köməkçi hakimlər: Ömər Paşayev, İnqilab Məmmədov
“AZAL Arena”
“Bakı” – “Simurq” (TƏXİRƏ SALINIB)
Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Rahil Ramazanov, Fərid Məmmədov
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu
