Mövsümün bombardiri
29.05.2023 , 10:38

Azərbaycan Premyer Liqasında 2022/2023 mövsümünün bombardiri müəyyənləşib.
Korner.az xəbər verir ki, bu, “Qarabağ”ın hücumçusu Ramil Şeydayevdir. Millimizin üzvü ölkə çempionatında bu mövsüm 22 qol vurub.
Musa Qurbanlı 21 qolla siyahıda 2-ci olub. “Sabah”ın oyunçusu Coy Lens Mikels və “Neftçi”nin kapitanı Emin Mahmudov hərəyə 17 qolla 3-4-cü pillələrdə qərarlaşıblar.
