Mövsümün ən yaxşısı seçildi
07.05.2025 , 21:58

“Roma”nın baş məşqçisi Klaudio Ranyeri İtaliya A seriyasında 2024/25 mövsümünün ən yaxşı məşqçisi olub.
Korner.az xəbər verir ki, 73 yaşlı mütəxəssis azarkeşlər arasında keçirilən səsvermədə 58 faiz səs toplayaraq “Napoli”nin baş məşqçisi Antonio Konteni qabaqlayıb.
Qalib iyunun 5-7-də Riminidə keçiriləcək tədbirdə mükafatlandırılacaq.
